İsrail Türkiyədən üzr istədi — Qəzzaya humanitar yardım yolu açıldı!

27-06-2016, 11:48 416 dəfə baxılıb

İsrail Türkiyədən üzr istədi — Qəzzaya humanitar yardım yolu açıldı!










İsraillə Türkiyə arasında əldə edilmiş sazişin bəzi nüansları açıqlanıb

Anadolu Agentliyi məlumat verir ki, Türkiyənin yüksək vəzifəli məmurlarından birinin verdiyi xəbərə görə, razılaşma iyunun 26-da Romada əldə olunub. İsrail öz tarixi boyunca ilk dəfə olaraq "Mavi Mərmərə" gəmisi ilə bağlı insidentə görə Türkiyədən üzr istəyib.

Həmçinin Ankaranın iki tələbi də Tel-Əviv tərəfindən qəbul edilib. İsrail "Mavi Mərmərə"yə hücum nəticəsinə həlak olanların ailələrinə kompensasiya ödəməyə, həmçinin Türkiyənin Qəzza zolağına humanitar yardım və investisiyalar yatırmasına razılıq verib.

Qəzzada geniş miqyaslı layihələrin həyata keçirilməsi gözlənilir. Burada Qəzza sakinləri üçün evlər tikiləcək, 200 nəfərlik Türkiyə-Qəzza xəstəxanası inşa ediləcək.

Qəzzanın içməli su və elektrik təhcizatı da Türkiyə tərəfindən həyata keçiriləcək.

Razılaşmada HƏMAS təşkilatı ilə bağlı heç bir öhdəlik yoxdur.

Beləliklə, Qəzzaya humanitar kömək yolu açıldı!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR