Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX

21-09-2018, 15:48 364 dəfə baxılıb

Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX


Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsinə gün işığı tutan maraqlı araşdırmasının dərc edirik. Bu geniş araşdırmada təkcə, Bağırov deyil, onun yaxın ətrafı, Stalindən tutmuş, tarix üçün bu gün də müəmma olan başqa şəxslərdən söz açılacaq...

XII Hissə


L.P.Beriyanın həbs dustağı şahidi Xijnyak 1994-cü ildə «Veçernyaya Moskva» qəzetinə verdiyi müsahibəsində deyirdi:
Beriyanın məhkəməsi bütov bir ay çəkdi. Onun hökmünü oxuyandan sonra general Moskalenko məni yanına dəvət etdi. O mənə əmr etdi ki, Beriyanın paltarını onun Kaçalov küçəsindəki yaşadığı mənzildən gətirim. Mən bu ünvana gəldim və mənə bir qadın onun qara kostyumunu verdi (ehtimal ki, bu qadın operativ işçilərdən idi, ona görə ki, onun həyat yoldaşı və oğlu həbs olunmuşdular – A.M.). Bunkerə qayıdanda mən onun boz kostyumunu əynindən çıxartdım və yandırdım (görünür, Kremldə həbs zamanı Beriya boz kostyumda olmuşdu – A.M.). Mən ona qara kostyum geyindirəndə, o, başa düşdü ki, onunla sonra nə olacaq.
Mən iki dülgərlə birlikdə 3х2 metr ölçüdə taxtadan lövə düzəltdim və onu divara bərkitdilər…
Beriyanı bunkerin yataq hissəsindən zala gətirdilər. Mən onu lövhənin yanına gətirdim, əllərini arxadan bağladım.
Beriya özünü çox qürurlu aparırdı, ancaq sifəti ağarmışdı. Mən onun gözlərini bağlamaq istəyəndə general Batitski mənə qışqırdı: «Gözlərini bağlama, qoy əclaf gözlərilə görsün!» Məhkəmə üzvləri Mixaylov, Şvernik, Batitski, Moskalenko, onun adyutantı və prokuror Rudenko bunkerin zalında idilər. Həkim yox idi. Onlar Beriyadan 5-6 metr kənarda durmuşdular. General Batitski bir addım irəli yeridi, öz «parabellumunu» çıxardı və Beriyanı güllələdi. Öləndən sonra onun cəsədini brezentə bükdülər və maşına qoydular».
Beləliklə, 23 dekabr 1953-cü ildə hərbi tribunalın aktına əsasən Kobulov Boqdan Zaxaryeviç - təvvəlüdü 1904-cü il, Merkulov Vsevolod Nikolayeviç - təvvəlüdü 1895-ci il, Dekanozov Vladimir Georgiyeviç - təvvəllüdü 1888-ci il, Meşikov Pavel Yakovleviç - təvvəllüdü 1910-cu il, Vladimirski Lev Yemelyanoviç - təvvəlüdü 1907-ci il, Qoqlidze Sergey Arsenoviç - təvvəlüdü 1901-ci il, onlar hamısı güllələnmişdilər.

РГАСПИ. F. 17. Siy. 171. İş. 474. Səh. 33-44.

SSRİ baş prokurorunun məlumatı (qısaldılmış)
Məxfi
yoldaş N.S.Xruşşova

Xalq düşməni Beriyanın işi üzrə müqəssir bilinənlərin törətdikləri cinayət işləri və məsuliyyətləri barədə müttəhim şəxslərin məlumatı.
İndiki iş üzrə istintaq müəyyən etdi ki, müqəssirlər tərəfindən xalq düşməni Beriya ilə sıx əlaqələr qurulmuşdur. Ona yaxın və əlbir olanlarla - B. Kobulov, Qoqlidze, Merkulov və başqaları ilə bağlı əldə olunmuş məlumatlar göstərdi ki, müttəhimlərin qaranlıq keçmişi olmuş, onlar müxtəlif cinayətlərdə antisovet elemetlərlə əlaqə qurmuş, törətdikləri cinayətlər qərəzli olmuş və vəzifələrindən sui-istifadə etmişlər.
Sui-qəsd qrupunun üzvləri Kobulov, Qoqlidze və b. başçıları Beriyanı səliqə ilə qoruyur, öz əlbirlərini məsuliyyətdən gizlədir və sonrakı illərdə sui-qəsdçilərdən öz cinayət məqsədləri üçün istifadə edirdilər.
Müttəhim Rapavanın şəxsiyyəti və onun Beriyaya daha yaxınlığı bir neçə şahidin ifadəsilə və işin başqa materialları ilə səciyyələnir. Belə ki şahid Uruşadze T. L. göstərdi:
«Rapava A.N. Beriyanın adamıdır. Onun arvadı zadəgən ailəsindəndir, görkəmli menşevik Jordaniyanın əmisi qızıdır, Rapavanın qayını Jordaniya Qiqo sərhədi qeyri-leqal keçərək Türkiyəyə keçmişdir və indi Parisdə olur» (t.l.d.).
Şahid Barski Y.P. göstərdi:
«1938-ci ildə mən Rapavanın şəxsi işini təsadüfən oxudum və sənəddən oyrəndim ki (onun şəxsi işinin içində idi), o, 1917-1920-ci illərdə sosial-fedaralistlər partiyasında olub, partiyadakılar çalışırdılar ki, müstəqil burjua Gürcüstanı İnqiltərənin protektoratı altında olsun.
Həmən 1938-ci ildə Beriya daxili işlər xalq komissarı vəzifəsinə sovet dövlətinə düşmən olan belə düşmən partiyanın bir üzvü Rapava kimi insanı irəli çəkdi» (t.l.d.).
Məhkum olunmuş, indi xalq düşməni olan Qoqlidze, Rapavanın səciyyəvi xüsusiyyətlərindən və onun Beriyaya qarşı münasibətdən danışarkən göstərdi: «Rapavanı mən yaxından o vaxt tanıyırdım ki, 1938-ci ildə məni Zaqafqaziya xalq daxili işlər komissarı vəzifəsinə təyin olunduqdan sonra tanıdım. Stepanov və Rapava mənim müavinlərim oldular... 1938-ci ilə qədər Rapava ilə işləyərkən mənə məlum idi ki, o, Beriyanın ən yaxın adamıdır, onunla dostluq edirdim, bir evdə yaşamışıq, bir-birimizin yanına gəlib-gedirdik. Nə üçün Beriya Rapavanı dəstəkləyirdi və irəli çəkirdi, mən dəqiq bilmirəm, ancaq deyə bilərəm ki, Rapava Beriyanı BSİ-nin nümayəndələri ilə mübarizəsində dəstəkləyirdi, onlarla Beriyanın münasibətləri ədavətli, qərəzli idi və o da tədbirlər görürdü ki, hamısını qovsun; buna o, son nəticədə nail oldu» (t.l.d.).
Böyük Vətən müharibəsində Rapavanın qardaşı almanların əsirliyinə düşərək Vətənə xəyanət etdi və Hitlerin partiyasına daxil oldu. Bu barədə Beriyaya, Merkulova və sui-qəsd qrupunun başqa üzvlərinə məlum oldu, onlar Rapavaya xəbər verdilər ki, onun qardaşı vətənə xəyanət edib.
Xalq düşməni Merkulov göstərdi ki, o, 1946-cı ildə Rapavaya onun qardaşı barəsində Silahlı qüvvələr nazirliyindən aldığı məlumatı çatdırmışdı; məlumatdan aydın olurdu ki, keçmiş kimya xidməti diviziyasının rəisi, polkovnik K.Rapava əsirlikdə ollarkən Vətənə xəyanət etmiş və Hitlerin faşist partiyasına daxil olmuşdur.
Bu sənədin Rapavaya göndərilməsinə gəldikdə isə, Merkulov göstərdi ki, Silahlı qüvvələr nazirliyinin məlumatını Rapavanın adına hansı məqsədlə göndərməsi yadında deyil, lakin güman edirdi ki, bu sənəd sonuncu üçün sirr deyil.
Həmən dindirmə protokolunda, Beriya-Rapava münasubətlərini səciyyələndirərək Merkulov göstərmişdir:
“Beriya Gürcüstanda işləyərkən Rapava onun bağ evində olub. Beriya Rapavanı işdə həmişə irəli çəkirdi. Beriya 1953-cü ildə Rapavanı dövlət nəzarəti naziri vəzifəsinə irəli çəkdi (t.l.d.)”.
Müttəhim Ruxadze, Tseretelinin Beriyaya xüsusi yaxınlığını aşağıdakı kimi göstərdi:
1918-ci ildə Gürcüstana qayıdarkən, Tsereteli menşeviklərin hökumətində ordu zabiti xidmətində olub (t.l.d.).
Gürcüstanda sovet hakimiyyəti qurulanda Tseretelini milisi öldürülməsi ilə əlaqədar həbs edirlər (t.l.d.).
Tsereteli özgə sosial mühitdən çıxan adamdır və siyasi cəhətdən etibardan düşmüş insandır; bunları bilə-bilə Beriya Gürcüstanın və Zaqafqaziya federasiyasının BSİ sədri işləyən zaman Tseretelini hər cür vasitə ilə özünə yaxınlaşdırırdı, onu xidmətdə irəli çəkirdi, ona xüsusi tapşırıqlar verirdi, onun barəsində hər cür qayğı göstərirdi.
Beriyanın xüsusi tapşırıqları üzrə Tsereteli 1926-cı ildə Türkiyəyə, 1928-ci ildə isə İrana getmişdir (t.l.d.).
Beriyanın Yaqodiyə 24 fevral 1933-cü il məktubundan görünür ki, o, həqiqətəndə Tsereteliyə xüsusi qayğı göstərirdi (t.l.d.).
Şahid Kvilividze göstərdi ki, 1934-1935-ci illərdə həbs olunmuş Maqalaşvili Nestoru dindirərkən, onun sözlərindən öyrənmişdi ki, alman kəşfiyyatçısı qraf fon Şulenberq (alman agentlərinin hazırlanması ilə məşğul olurdu) Gürcüstan komitəsinin və liqanın fəaliyyətini öyrənirmiş.
Şahid Kvilividze göstərdi:
“Maqalaşvilinin işindən mənə məlum idi ki, Birinci dünya müharibəsi dövründə - 1914-1918-ci illərdə Ş.O.Tseretelinin Almaniya kəşfiyyatı ilə, bilavasitə Almaniyanın ordu zabiti fon Şulenberqlə (o, 1914-1915-ci illərdə Türkiyə ərazisində yerləşən Gürcüstan milli legionunun zabiti idi) əlaqəsi var idi (t.l.d.)”.
Şahidin ifadəsindən görünür ki, bu barədə o, Qoqlidzeyə məruzə edirdi, lakin Maqalaşvilinin istintaqı barəsində, Tsereteli haqqında heç bir göstəriş almamışdır.
1937-ci ildə Beriyaya, Qoqlidzeyə və B.Kabulova xəbər verdilər ki, Tsereteli və Ruxadzenin antisovet fəaliyyəti haqqında məlumat almışlar. Baxmayaraq ki, bu cür məlumatlardan sonra şübhəli şəxslər həbs edilir,lakin Tsereteli və Ruxadze barədə belə nəticəyə gəlmədilər, onların haqqında kompromat materiallar yoxlanılmamış qaldı. Sonralar bu materiallar Ruxadzenin göstərişilə məhv edilmişdir. (ardı var)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR