Merkeli aldadıb cəhənnəmə göndərdilər...

3-04-2019, 11:19 361 dəfə baxılıb

Merkeli aldadıb cəhənnəmə göndərdilər...

Almaniya televiziyası ilə çıxış edən komiklərdən biri kansler Angela Merkel haqqında lətifə danışır. Lətifəni tərcümə etmək daha çətindir. Amma cəhd edim. Ümid edirəm ki, alınar...

...Günlərin birində frau Merkel ölür. Bir də gözün açır ki, o biri dünyadadır. Ona deyirlər ki, sizə xüsusi ehtiramımız var. Ona görə də cənnətə və ya cəhənnəmə getmək sçimini sizə buraxırıq. Hansını seçsəniz oraya gedəcəksiz.

Öncə frau Merkelə cəhənnəmi göstərirlər. O, görür ki, tanıdığı siyasətçilər, iş adamları, bankirlər... hamısı cəhənnəmə toplaşıb. Hamının da kefi kökdür. Yeyib-içirlər. Qolf oynayırlar. Cəhənnəm son dərəcə gözəl yerdir. Burada hər şey adamın ruhuna sığal çəkir. Düşünür ki, yəqin cəhənnəm haqqında eşitdiklərim yalan imiş...

Daha sonra frau Merkel cənnətə daxil olur. Bura da keçmiş kanslerin çox xoşuna gəlir. Cənnətdəki gözəlliklərə heyran qalır...

Və seçim anı gəlir. Frau Merkel deyir ki, cənnət çox xoşima gəldi. Ancaq mənim dostlarımın çoxu cəhənnəmdə idi. Cəhənnəm gözəllikdə heç də cənnətdən geri qalmırdı. Ona görə də qərara gəldim ki, cəhənnəmə gedim. Köhnə dostlarımla bir yerdə yaşayım...

Az sonra frau Merkel artıq cəhənnəmdə idi. Ancaq bu dəfə cəhənnəmin əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdı. Hər yer zir-zibilin içində idi, üfunət qoxuyurdu. Bir az əvvəl viski içən dostlarının boğazına ərinmiş qurğuşun tökürdülər...

Gördüklərindən sarsılan frau Merkel onu aldadanlar etiraz edir. ..

O biri dünyada insanları cənnətə və cəhənnəmə göndərməklə məşğul olan mələk frau Merkelə belə deyir: "Siz cəhənnəmə seçkidən əvvəl daxil oldunuz. O biri dünyada seçkidən əvvəl siz də cəhənnəmi cənnət kimi xalqa sırıyırdız. Bu səbəbdən də hər şey sizə gözəl təqdim olundu. Ancaq siz seçim etdikdən sonra vəziyyət kökündən dəyişdi. Və real vəziyyətlə üzləşdiz"...

Bu lətifənin anlamı odur ki, seçkiyə qədər siyasətçilər cəhənnəmi də öz yalanları ilə gözəlləşdirib xalqada illuziya yaradırlar. Seçkidən sonra isə real mənzərə ortaya çıxır və məlum olur ki, siyasətçilər cənnət vədinin arxasında xalqın yaşayacağı cəhənnəm əzabı dururmuş...

Almaniyada belədir. Düşünün ki, seçki ilə bağlı Türkiyə və Azərbaycan nə gündədir...

Elbəyi Həsənli, Mühacirətdə yaşayan tanınmış jurnalist


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR