Neftimizin qiyməti 105 dollara yaxınlaşdı

Dünən, 06:42 10 dəfə baxılıb

Neftimizin qiyməti 105 dollara yaxınlaşdı


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,02 dollar və ya 2.96% artaraq 104.98 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 101,96 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR