Braziliyada moda sərgisində manekenlərdən biri səhnədə yıxılaraq ölüb

29-04-2019, 13:00 308 dəfə baxılıb

Braziliyada moda sərgisində manekenlərdən biri səhnədə yıxılaraq ölüb

Braziliyanın San-Paulo şəhərində keçirilən moda həftəsinin son günündə kişi manekenlərdən biri podiumda yıxılaraq ölüb.

Bu barədə “Folha de São Paulo” portalı tədbir iştirakçılarına istinadən yazıb.


Bildirilir ki, 26 yaşlı Tales Soaresin yerə yıxıldığını görən tamaşaçılar bunun bir şou olduğunu zənn edib. Ancaq sonradan onun bədəni titrəməyə, ağzından köpük gəlməyə başlayıb.

Bundan sonra Soares mühafizəçilərin köməkliyi ilə xəstəxanaya aparılıb, amma artıq gec olub. Gənc model yolda keçinib. Onun ölümünün səbəbi hələlik bilinmir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR