Qayınanasının ayaqlarını kəsərək meşədə gizlətdi

25-12-2019, 11:05 214 dəfə baxılıb


Qayınanasının ayaqlarını kəsərək meşədə gizlətdi
Rusiyanın Nijeqorod vilayətinin Balaxnaşəhərində torbada qalıqları tapılan 96 yaşlı qadının qatili tapılıb. Şübhəli şəxs qurbanın 66 yaşlı kürəkənidir.

Bu barədə "Vesti” xəbər verib.

Bildirilir ki, o, izi itirmək məqsədilə cəsədi parçalayıb.

Məlumata görə, qayınana kürəkən arasındakı dava qadının başına ağaclaölümcül zərbə vurulması ilə nəticələnib. Bir az düşündükdən sonra kişi qadının cəsədini parçalayaraq müxtəlif yerlərdə basdırmağı qərara alıb.

Lakin bir müddətdən sonra yerli sakinlərdən biri Balaxnada meşədə torbada qadın ayaqları taparaq hüquq mühafizəçilərinə xəbər verib.

Müstəntiqlər iki gündən sonra şübhəlinin izinə düşə biliblər. İlkin ehtimallara görə, dava qayınananın təqaüdü üstündə olub.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR