Qubada kafedə 58 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb - TƏFƏRRÜAT

16-01-2020, 15:01 78 dəfə baxılıb

Qubada kafedə 58 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb - TƏFƏRRÜAT

Qubada kafedə 58 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 14-də saat 16 radələrində, rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Rauf Muradov “Əfsan” şadlıq sarayının tərkibində olan kafeyə sərxoş vəziyyətdə gəlib. O, daha əvvəlcədən aralarında ədavət olan 1962-ci il təvəllüdlü Nəbi Şəfiyevin qarşısından keçərkən yerə tüpürüb və stulda əyləşib.

Daha sonra o, üzərində gəzdirdiyi cib bıçağı ilə N.Şəfiyevin boyun nahiyəsindən bir zərbə endirib.

Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR