Toydan 2 gün sonra ölən 17 yaşlı qızın müəmmalı ölümü: - “Ailə məhəl qoymadı”

29-01-2020, 18:24 287 dəfə baxılıb

Toydan 2 gün sonra ölən 17 yaşlı qızın müəmmalı ölümü: - “Ailə məhəl qoymadı”


Bu gün səhər saatlarında Masallı rayonu Həsənli kənd sakini olan azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Məlumata görə, qız iki həftə əvvəl Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Gənc qızın ölüm səbəbi nə olub?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Masallı rayonu Həsənli kəndinin ərazi nümayəndəsi Hüseynov Vəzir ölüm səbəbinin hazırda müəyyən edilmədiyini bildirib:

“Xoşçobanlı kəndi də Masallının kəndidir. Qızın təxminən 17 yaşı olub. Ölüm səbəbi hazırda məlum deyil. Xəstəxanada ekspertlər işləyir. Ölüm səbəbi ilə bağlı hazırda heç bir məlumat verilməyib. Rəyi ekspertlər verməlidir. Ölən xanım Qənbərova Fatimə Mayis qızıdır. Onun tez evləndirilməsinə əlbəttə ki, müdaxilə edilib. Polisdə müdaxilə olunması barədə məlumat da var. Sadəcə, ailə müdaxilələrə məhəl qoymayıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR