Ağcabədi sakinləri oğlunu öldürən atanın məsuliyyətdən azad edilməsini istəyir - TƏFƏRRÜAT

12-02-2020, 18:27 476 dəfə baxılıb

Ağcabədi sakinləri oğlunu öldürən atanın məsuliyyətdən azad edilməsini istəyir - TƏFƏRRÜAT


Ağcabədidə törədilən qətlin təfərrütları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu, 30 yaşlı oğlu Cəfərov Tural Valeh oğlunu öldürüb. Atanın övladını öldürməsinə səbəb isə T.Cəfərovun tüfeyli həyat tərzi sürməsi, bacılarını və anasını mütəmadi döyməsi olub.

Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev APA-ya açıqlamasında bildirib ki, T. Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə dəfələrlə saxlanılıb: “Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. Tüfeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra anasını döyüb. Anası qonşularının evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra onu döyməyə çalışıb. Bu zaman atası əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.

R. Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqalları hüquq-mühafizə orqanlarına müraciət edərək V. Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyirlər.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

saat 12:43

Ağcabədidə qətl törədilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

Faktla bağlı Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR