Məşhur dələduz yenidən saxlanıldı - Məhkəmə işi

8-04-2020, 09:48 232 dəfə baxılıb

Məşhur dələduz yenidən saxlanıldı - Məhkəmə işi

3 nəfərə qarşı külli miqdarda dələduzluq edən şəxsin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Rəcəbov Əfsun Abdulla oğlunun məhkəmə prosesinə hakim Əli Məmmədov sədrlik edəcək. Cinayət işində 3 nəfər- Qasımov Muxtar Sabir oğlu, Sadıqov Yaşar Kamil oğlu və Rəşidov Calal Özbək oğlu zərərəçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Əfsun Rəcəbov hər üç şəxsdən pulu torpaq alqı-satqısı ilə bağlı alıb. Araşdırmalarımız zamanı məlum olub ki, 34 yaşlı Əfsun Rəcəbov 2016-cı iləd analoji maddə ilə tutulub, ancaq zərərçəkmişlərin ziyanını tam ödədiyi üçün məhkəmə zalından 7 il müddətinə şərti azadlığa buraxılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR