Iş yoldaşlarını şantaj edən Pərvanə Tağıyeva kimdir-VİDEO
![]()
Son illər texnologiyanın inkişaf etməsi, bəzi insanlara şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaradıb. Bəzi insanlar istər real münasibət zamanı çəkilmiş, istərsə də sosial şəbəkədə yaranmış ünsiyyət zamanı onlara göndərilən şəkillərdən, səs yazılarından şantaj məqsədi ilə istifadə edirlər.
Bəs hər hansı bir insanın özəl məlumatlarını yayacağı ilə şantaj edən şəxsi hansı cəza gözləyir və şantajla üzləşən tərəf hansı tədbirlər görməlidir? Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kiminsə şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Bu hallara görə cinayət məsuliyyəti yaradır.
Qanunvericilikdə şantaja görə çox ciddi cəzalar nəzərdə tutulub. Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər. Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrübə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər.
Redaksiyamıza verilən məlumata görə Pərvanə Tağıyeva adlı şəxs keşmiş iş yoldaşlarını hədəfə alaraq onlar haqda özəıl məlumatları və səs yazılarını sosial şəbəkələrdə yayaraq onları mənəvi terrora məruz qoyur.
Şikayətçilərdən Almaz Hüseynova deyir ki, Pərvanə Tağıyeva kimlərinsə adından istifadə edir, pozğunluqla məğul olduğuna görə övladları əlindən alınıb.
O bildirib ki, Pərvanə ilə məhkəmədə görüşəcək.
Diğər şikayətçi, məcburi köçkün Ətrabə Hüseynova da Pərvanə Tağıva tərəfindən aldadılaraq yazılmış səs yazılarının sosial şəbəkələrdə yayılmasından vitse-prezident Mehriban Əliyevaya şikayət edib.
Həmin videonu təqdim edirik.