Sumqayıtda intiharın qarşısı alındı

22-05-2020, 16:25 174 dəfə baxılıb

Sumqayıtda intiharın qarşısı alındı

Sumqayıt şəhərində intihar etmək istəyən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR