İçki məclisində 4 nəfər bıçaqlanıb - MƏHKƏMƏ

9-06-2020, 17:00 232 dəfə baxılıb

Bakıda kütləvi bıçaqlanma hadisəsi ilə əlaqədar cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Xətai rayonu Sarayeva küçəsi 18 ünvanında baş verib. İçki məclisində 4 nəfər arasında mübahisə yaranıb.

1976-cı il təvəllüdlü Fərhadov Babək Feyruz oğlu, 1964-cü il təvəllüdlü Həsənov Tural Əziz oğlu, 1973-cü il təvəllüdlü Nurməmmədov Vüqar Seyfəddin oğlu və Məmmədov Vüqar Ziyəddin oğlu bıçaq xəsarəti alıb.

Məlum olub ki, əvvəlcə Tural Həsənov yeyib-içdikdən sonra bıçaqla digər şəxsləri bıçaqlayıb. Qanlı insident zamanı Turalın özü də xəsarət alıb.

T.Həsənova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR