Tərtərdə 14 yaşlı qızını döyərək zorlayan atanın ibtidai istintaqı başa çatıb

30-11-2018, 13:31 430 dəfə baxılıb

Tərtərdə 14 yaşlı qızını döyərək zorlayan atanın ibtidai istintaqı başa çatıb


Tərtərdə 14 yaşlı qızını döyərək zorlayan Elnur Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, hadisə Tərtər rayonunda baş verib. İttiham aktına əsasən, E.Şirinov 14 yaşlı qızını döyərək zorlayıb. Məlumata görə, azyaşlı qız hamilə qalıb. 14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşları cinayəti törədən E.Şirinovu həbs edib. Onun barəsində zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə ittiham irəli sürülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR