Cinçıxartma adı ilə qızlara dəfələrlə TƏCAVÜZ EDƏN KEŞİŞ TUTULDU

27-06-2020, 23:05 241 dəfə baxılıb

Yamaykada keşiş dörd il ərzində iki qadına dəfələrlə təcavüz edib.
O, qadınların bədənlərinə girən cinləri çıxarmaq üçün bu addımı atdığını bildirib.

Qeyd olunur ki, 56 yaşlı keşiş Uinston Kempbell onları pis ruhlardan "qurtarmaq" üçün 26 yaşlı qızlarla dəfələrlə cinsi əlaqədə olub. 2014-cü ildə keşiş, qızlara cinlərin vəsvəsə verdiyini və xüsusi "müalicəyə" ehtiyacları olduğunu bildirib. Təcavüzkar qızları xüsusi olaraq bir qonaq evinə yerləşdirib. Bu təcavüzlər düz dörd il 2018-ci ilə qədər davam edib.
Zərərçəkənlər yalnız 2020-ci ildə polisə müraciət edə biliblər.

Saxlanılan keşiş təcavüzdə ittiham olunur. Məhkəmə istintaq başa çatana qədər onun kilsədə işinin dayandırması barədə qərar verib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR