16 yaşına çatmayan qızla cinsi əlaqədə olan gənci hansı cəza gözləyir? - Maddə

6-09-2020, 19:54 393 dəfə baxılıb

İsmayıllı rayonunda 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan gəncin barəsində cinayət işi başlanıb.

İsmayıllı rayon sakini Rahib İlyas oğlu Qasımlının barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Rahib Qasımlı 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunur.

Rahib Qasımlının barəsində olan cinayət işi baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəfayel Şirinovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, onu 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR