Sərxoş halda transformatora girdi, yanaraq öldü - Foto

28-01-2025, 07:29 113 dəfə baxılıb

Sərxoş halda transformatora girdi, yanaraq öldü - Foto


Bakıda 32 yaşlı kişi yanaraq ölüb.

“Qafqazinfo” məlumata görə, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.

Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.

Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Sərxoş halda transformatora girdi, yanaraq öldü - Foto


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR