Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb

Bu gün, 05:26 5 dəfə baxılıb

Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb


Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhədə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə, 55 nəfər köçürülür.

Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.

Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər köçürülür.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR