Balakəndə küçə itlərini zəhərləyirlər?

Bu gün, 08:03 3 dəfə baxılıb

Balakəndə küçə itlərini zəhərləyirlər?


Balakəndə küçə itlərinin zəhərlənərək öldürüldüyü iddia edilir.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda bir neçə itin cansız bədəninin Balakən şəhərində yerləşən “Qubek” otelinin ətrafındakı park ərazisində aşkarlandığı görünür.

İddialara görə, hadisə son iki gündür müşahidə olunur. Yerli sakinlər küçə itlərinin zəhərlənərək öldürüldüyünü ehtimal edirlər.

Hazırda itlərin kim və ya kimlər tərəfindən, hansı şəraitdə öldürüldüyü məlum deyil.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR