Bakıda dəhşətli qəza: iki futbolçu öldü

Bu gün, 06:03 4 dəfə baxılıb

Bakıda dəhşətli qəza: iki futbolçu öldü


Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, "Ford"un sürücüsü isə xəsarətlər alıb.

Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR