Biləsuvarda 26 yaşlı şəxs öldürüldü - Xalası oğlu şübhəlidir - Yenilənib

Bu gün, 05:35 10 dəfə baxılıb

Biləsuvarda 26 yaşlı şəxs öldürüldü - Xalası oğlu şübhəlidir - Yenilənib


Biləsuvar rayonunda qətl hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanıb.

O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisədə onun xalası oğlu Mehdiyev İlkin Anar oğlu şübhəlidir.

***

Əldə etdiyimiz məlumata görə, əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR