Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı

Bu gün, 10:00 5 dəfə baxılıb

Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı


Rusiya Təhlükəsizlik Şurası Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı ABŞ-nin roluna dair sərt iddialar səsləndirib.

Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov ABŞ-nin gələcəkdə sanksiyalar vasitəsilə marşrut üzrə müəyyən yüklərin daşınmasını məhdudlaşdıra biləcəyini iddia edib. Onun sözlərinə görə, amerikalıların nəzarət etdiyi hissədən keçən yüklərin “filtrlənməsi” və ayrı-ayrı iqtisadi operatorlara xidmət göstərilməsindən imtina edilməsi mümkün ola bilər.

Şevtsov həmçinin bildirib ki, yolun bütün uzunluğu boyunca təhlükəsizliyin təmin edilməsinin yaradılan ABŞ-Ermənistan şirkətinə həvalə olunması Amerikanın özəl hərbi şirkətlərinin və kəşfiyyat infrastrukturlarının İran sərhədinin yaxınlığında peyda olması ilə nəticələnə bilər. Rusiya rəsmisi bunun marşrutun və daşımaların təhlükəsizliyi ilə bağlı suallar yaratdığını iddia edib.

Rusiya Təhlükəsizlik Şurası rəsmisi layihəni hətta Ermənistanda “dövlət içində dövlət” yaradılması kimi xarakterizə edib. Şevtsov diqqəti birgə şirkətdə pay bölgüsünə də çəkib: ilkin mərhələdə ABŞ tərəfinin payı 74, Ermənistanın payı isə 26 faiz nəzərdə tutulub.

74/26 faiz nisbəti Ermənistan və ABŞ arasında imzalanmış rəsmi çərçivə sazişində də təsbit olunub. Bununla yanaşı, həmin sənəddə Ermənistanın layihənin ölkə ərazisindəki bütün sahələri üzərində tam suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını saxladığı ayrıca vurğulanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR