Sumqayıtda dava — Polis rəisini daşla gicgahından yaraladılar

1-07-2018, 17:10 312 dəfə baxılıb

Sumqayıtda dava — Polis rəisini daşla gicgahından yaraladılar














Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.
"Report"a istinadən məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.
N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR