"Bacanağım qızıma pulla cinsi əlaqəyə girməyi, yoldaşıma isə..." Abşeronda

10-04-2019, 16:26 445 dəfə baxılıb

"Bacanağım qızıma pulla cinsi əlaqəyə girməyi, yoldaşıma isə..." Abşeronda


Bacanağını öldürməkdə ittiham olunan Şahin Qasımovun məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin hökmünə əsasən, Şahin Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonu Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində baş verib. Həmin ərazidə yaşayan Ş.Qasımov bacanağı M.Abbasovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Abbasov xəstəxanada ölüb.
Ş.Qasımov barəsində Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qasımov məhkəmədə peşman olmadığını söyləyib. Qasımov bacanağını namus üstündə öldürdüyünü deyib. O, bildirib ki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb: "Bacanağım Müşfiq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam. Əməlimdən peşman deyiləm. Müşfiqin bu binamus hərəkətlərindən xəbərsiz idim. Müşfiq qızıma pulla cinsi əlaqəyə girməyi də təklif edib. Yaxşı ki, elə qeyrətsiz adamı öldürmüşəm".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR