İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru bəraət aldı
![]()
İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru Tofiq Hümbətov barəsində cinayət işi xətm edilib.
Azerinfo.tv xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülmüşdü.
İş üzrə materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.
Gəncə Ağır Cinayətlər Məhkəməsindən Azerinfo.tv-yə verilən məlumata görə iş üzrə məhkəmə baxışı yekunlaşıb.
Məhkəmə prosesi zamanı Tofiq Hümbətova qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb.
Onun günahsız olması sübuta yetirilib.
Məhkəmə iyunun 10-da yekunlaşıb. Tofiq Hümbətov barasində başlanmış cinayət işi xətm olunub, iş bəraətə yönləndirilib.
Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışırdı.