"Messi "qalıram" deyəndən sonra ondan gözlədiyim hər şeyi etdi"

13-10-2020, 10:19 46 dəfə baxılıb



"Messi "qalıram" deyəndən sonra ondan gözlədiyim hər şeyi etdi"Komandada, həyat yoldaşınızla, övladlarınızla vaxt keçirdiyiniz biri klubdan ayrılanda belə reaksiya verməyiniz normal olur.

Bu sözləri "Barselona"nın baş məşqçisi Ronald Kuman İspaniya mətbuatına açıqlamasında deyib. 57 yaşlı mütəxəssis Lionel Messinin Luis Suaresin "Barselona"dan göndərilməyinə  verdiyi reaksiyadan danışarkən kapitanı yaxşı başa düşdüyünü bildirib:
 
"Mən Messiyə də bunu dedim: Məyus olduğunu və Suaresin gedişini eyib hesab etdiyini başa düşürəm. Amma bu, klubun seçimidir.
 
"Barselona" ilə müqavilə imzaladıqdan dərhal sonra Leo ilə əlaqə saxladım. Evinə gedib, onunla gələcəyi barədə danışdım. O, narazılığını açıq şəkildə dilə gətirdi. Sonra hər şey düzəldi. Messi "komandada qalıram" dediyi andan bəri ondan gözlədiyim hər şeyi etdi". 


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR