Konte “Tottenhem”in hədəfində

6-05-2021, 16:55 239 dəfə baxılıb

Konte “Tottenhem”in hədəfindəİtaliyanın "İnter" klubunun baş məşqçisi Antonio Konte yenidən Premyer Liqada çalışa bilər.

Milan təmsilçisini A seriyasının çempionu edən mütəxəssis "Tottenhem"in hədəfindədir.

London klubu italiyalının keçidi ilə bağlı danışıqlara start verməyə hazırlaşır. Konte "İnter"dəki işini prioritet saysa da, İngiltərə variantının da üstündən xətt çəkib.

Qeyd edək ki, Konte İngiltərədə "Çelsi"nin baş məşqçisi kimi də çempionluq yaşayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR