Ramos fikrini dəyişdi, bu dəfə "Real" qəbul etmədi

11-06-2021, 21:19 237 dəfə baxılıb

Ramos fikrini dəyişdi, bu dəfə "Real" qəbul etmədi"Real"ın kapitanı Serxio Ramos klubun yeni müqavilə üçün təklifi ilə bağlı fikrini dəyişib.

35 yaşlı müdafiəçi maaşının 10 faizinin azaldılması şərti ilə sözləşmə imzalamağa razı olub.ı Lakin klub rəhbərliyi ispaniyalı oyunçuya sözügedən təklifin yalnız 2020/21 mövsümün sonunadək qüvvədə olduğunu bildirib. Madrid təmsilçisi artıq Ramosu planlarına daxil etmədən yeni heyət qurmağın üzərində işləyir.

Qeyd edək ki, Ramosun müqaviləsinin müddəti bu ay başa çatır. O, 2005-ci ildən "Real"da oynayır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR