“Barselona”da daha bir ciddi itki

10-08-2021, 20:06 118 dəfə baxılıb

“Barselona”da daha bir ciddi itki"Barselona"nın argentinalı yeni transferi Serxio Aqueronun zədəsi ciddidir və hücumçu təxminən 10 həftəyə yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Mançester Siti"nin keçmiş futbolçusu ötən mövsüm zədə səbəbindən İngiltərə Premyer Liqasında cəmi 12 oyuna çıxa bilib.

Serxio Aquero bu ilin 31 may tarixində Kataloniya klubu ilə iki illik müqaviləyə imza atıb.

Xatırladaq ki, bir neçə gün öncə komandanın əfsanəvi oyunçusu Lionel Messi "Barcelona" ilə yollarını ayırıb. 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR