“Xankəndi” futbol komandası yaradılır

26-10-2023, 13:24 57 dəfə baxılıb

“Xankəndi” futbol komandası yaradılır


“Xankəndi” minifutbol komandasının yaradılmasına qərar verilib.

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb.

Tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər. AMF-nin prezidenti Azərbaycan yığmasının sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib.

Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib. Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR