Buna tab gətirmək çətindir, cavabım qətidir - Qurban Qurbanov nöqtə qoydu

3-04-2024, 06:36 20 dəfə baxılıb

Buna tab gətirmək çətindir, cavabım qətidir - Qurban Qurbanov nöqtə qoydu


“Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narahat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözlərə qulaq asan, əməl edən idmançılardır”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi”yə qarşı keçirilmiş ilk oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, “Latsio”dan təklif alması xəbərinə münasibət bildirib: “Bu barədə çox danışmağa ehtiyac yoxdur. Mən öz fikirlərimi yayındırmaq istəmirəm. Uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, olsa necə idi? Mənim cavabım qətidir, "Qarabağ"dayam. O haqda düşünmürəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR