Türkiyədə İstanbul prokurorluğunun koordinasiyası çərçivəsində aparılan "Hakimlər" işi çərçivəsində istintaq tədbirləri davam edir.
"Haber Global" telekanalı xəbər verir ki, əməliyyatdan əvvəl və sonra çoxlu sayda hakim, keçmiş hakim və Mərkəzi Hakim Komitəsi üzvünün şahid və ya zərərçəkmiş qismində ifadələri alınıb.
İstintaq çərçivəsində Türkiyə Superliqasının hakimi Yasin Kol və köməkçi hakimi Göktuğ Hazar Erelin saxlanıldığı bildirilib.
Yasin Kol saxlanılmazdan təxminən bir saat əvvəl yekunlaşan "Trabzonspor" - "Drogeda" yoldaşlıq matçını idarə etmişdi. O, sənədlərin saxtalaşdırılmasında iştirak və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə saxlanılıb.
İfadəsi alınan şəxslər arasında Mete Kalkavan, Zorbay Küçük, Ümit Öztürk, Mustafa İlker Coşkun, Koray Gençerler, Süleyman Abay, Mert Güzenge, Tugay Kaan Numanoğlu, Bahattin Şimşek, Burak Pakkan, Mustafa Kamil Abitoğlu, Sarper Barış Saka, Oğuzhan Uğurlu, Kerem Ersoy, Abdullah Buğra Taşkınsoy və Hüseyin Göçek yer alıb.
loading...