Cüdoçularımız Avropa çempionatında daha iki medal qazandı

25-06-2016, 10:44 563 dəfə baxılıb

Cüdoçularımız Avropa çempionatında daha iki medal qazandı















Turnir Xorvatiyanın Poreç şəhərində keçirilir

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan milli komandası yarışın ikinci günündə aktivinə daha 2 medal yazdırıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR