Məşhur qapıçı ağır xəstəliyə görə karyerasını bitirdi

30-07-2018, 12:15 378 dəfə baxılıb

Məşhur qapıçı ağır xəstəliyə görə karyerasını bitirdi


İngiltərənin "Vulverhempton” klubunun qapıçısı Karl İkeme karyerasını başa vurub.

32 yaşlı qolkiperin bu qərarına onun ağır xəstəlikdən əziyyət çəkməsi səbəb olub.

Hələ ötən il xərçəng diaqnozu ilə müalicəyə başlayan nigeriyalı futbolçu intensiv kimyaterapiya kursları keçdiyindən, həm geridə qalan mövsümü, həm də DÇ-2018-i buraxmalı oldu.

Qeyd edək ki, Nigeriya yığmasında da oynamış qolkiper karyerası ərzində "Akkrinqton Stenli”, "Stokport Kaunti”, "Çarlton Atletik”, "Şeffild Yunayted”, KPR, "Lester", "Midlsbro”, "Donkaster Rovers” klublarında da forma geyinib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR