"Mançester Siti"dən yeni rekord
“Mançester Siti” yeni rekorda imza atıb.
İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barton”a 9 cavabsız qolla qalib gələn “şəhərlilər” cavab matçında 1:0 hesablı qələbə qazanıb.
İki oyundan sonra 10:0 hesablı nəticə İngiltərə Liqa kuboku tarixinin ən yaxşı göstəricisidir.
Qeyd edək ki, turnirin ən böyükhesablı göstəricisi bundan əvvəl də “Mançester Siti”yə aid idi. Komanda 2014-cü ildə iki oyunun nəticəsinə görə “Vest Hem”i 9:0 hesabı ilə məğlub etmişdi.