"Barselona" transfer bombasını partlatdı

18-02-2019, 08:20 281 dəfə baxılıb

"Barselona" transfer bombasını partlatdı

"Barselona" PSJ-nin heyətdən kənarlaşdırdığı Adrien Rabiotu heyətinə qatmağa hazırlaşır.

"Le Parisien" xəbər verir ki, 23 yaşlı futbolçu kataloniyalılarla bütün məsələləri razılaşdırıb və yayda rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, "Barselona" qış fasiləsində rəsmi saytı vasitəsi ilə açıqlama yayaraq Rabiotla rəsmi danışıqların başladığını, ancaq anlaşmanın baş tutmadığını açıqlamışdı. Həmin vaxt futbolçu PSJ-nin baş məşqçisi Tomas Tuxel tərəfindən heyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövmüm 20 oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR