Ferqyuson Həbibi “qorxaq” adlandırdı

8-04-2019, 17:48 300 dəfə baxılıb

Ferqyuson Həbibi “qorxaq” adlandırdı

MMA döyüşçüsü Toni Ferqyuson Konor Makqreqorla Həbib Nurməhəmmədov arasında mümkün döyüş barədə fikirlərini açıqlayıb.

Amerikalı idmançı Twitter hesabında yerləşdirdiyi şərhdə Konorla Həbibi idmana sadiq olmamalarında ittiham edib.

"Konor, sən təslim oldun və qancıq kimi qaçdın. İndi isə mənə məxsus döyüşü əlimdən almağa çalışırsan. Həbib, sən isə axmaqsan, hazırlaş. Bəsdir məndən gizləndin, qorxaq. Sizin idmana sadiqliyiniz yoxdur. Yalnız mən burada çempionam, əsl çempionam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, martın 14-də Toni Ferqyuson Twitter-də Həbib Nurməhəmmədovla döyüşmək istədiyini açıqlayıb. Buna cavab olaraq rusiyalı idmançı ona siqaret çəkməməyi məsləhət görüb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR