Rusiya rubulu ucuzlaşdı: Manat üçün təhlükəli vəziyyət...

26-02-2020, 13:31 368 dəfə baxılıb

Rusiya rubulu ucuzlaşdı: Manat üçün təhlükəli vəziyyət...

Dünya maliyyə bazarlarında baş verən təlatümlərdən dolayı bir çox ölkələrin valyutaları dəyər itirməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, hətta dollar belə öz mövqeyini qorumaqda çətinliklə qarşılaşıb. Koronovirusun geniş yayılması ilə əlaqədar yaşanan panik vəziyyət, habelə xəstəliyin artıq 30 ölkəyə sıçraması bazarları qorxuya salıb.

Dünəndən etibarən isə qiymətdən düşən pullar sırasına Rusiya rublu da daxil olub. “Alpari” Analitik Mərkəzinin rəhbəri Vladislav Antonov bildirib ki, son hərraclardan sonra rubl 2 faiz ucuzlaşıb. Belə ki, 64,28 rubldan satılan dollar, hazırda 65.38 rubla qalxıb. Avro 2.27 faiz, funt sterlinq isə 2.38 faiz bahalaşaraq, rublu çətin vəziyyətə salıb.

Antonov rublun daha da ucuzlaşacağı xəbərini verib. O bildirib ki, hal hazırda dünya neft bazarında da durum yaxşı deyil. Onun sözlərinə görə, Brent markalı neft hazırda 54.99 dollara satılır. Koronovirusla əlaqədar dünya iqtisadiyyatı getdikcə zəifləməyə başlayır. Bu da yaxın günlərdə neftin daha da ucuzlaşacağı anlamına gələ bilər.

Qeyd edək ki, baş verənlər fonunda Azərbaycanın hansı risklər gözləyir? JAMAZ.İNFO bildirir ki, dünya maliyyə bazarlarında ölkənin əsas təmsilçisi SOVAR-dır ki, onun da səhmləri üzrə gəliri son 5 ildə 1.4 faizdən çox olmayıb. Bundan başqa, neftin ucuzlaşması manatın dönərliliyinə də mənfi təsir göstərən amillərdəndir. Ekspertlər baş verən son hadisələri belə izah edirlər ki, koronovirus problemi hələ bir müddət dünya dövlətlərini, o cümlədən iqtisadiyyatı məşğul edəcək. Bu isə bir çox ölkələrin milli valyutalarının dəyərdən düşməsinə gətirib çıxaracaq.

Azərbaycan da həmin risk sahəsinə aiddir. Türkiyədə lirənin, İranda rialın, Rusiyada isə rublun dəyərdən düşməsi, qeyri-ixtiyarı manata da öz mənfi təsirlərini edəcək. Xüsusən də, rublun ucuzlaşması xeyir əlamət kimi qəbul edilmir. Çünki Azərbaycan manatı hər nə qədər dünya bazarı ilə ayaqlaşsa da, onun Rusiya zonası üzrə daha çox təsirlərə məruz qaldığı inkar edilmir. Ona görə də, hazırkı durumda manatın risk aldığı göz qabağındadır. Hökumət dollar və digər valyutalar qarşısında milli pulumuzun alıcılıq qabiliyyətini qoruya biləcəkmi və bilməyəcəkmi, bəlli deyil. İndiyə qədər ard-arda baş vermiş iki devalivasiya belə şübhələrin yaranması üçün əsas verib. Bundan sonra nə baş verəcəyi isə hələlik məlum deyil.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR