İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər

Bu gün, 05:46 5 dəfə baxılıb

İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər


Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu vasitəsilə yoxlanılıb, daha sonra yük ətraflı gömrük baxışına cəlb edilib.

İdarədən "bildirilib ki, yoxlama zamanı narkotik vasitə konservləşdirilmiş düyü olan 1218 ədəd plastik qabın alt hissəsində aşkarlanıb. Çətinləşdirilmiş üsulla gizlədilən heroinin xalis çəkisi 112 kiloqram 761,757 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR