ABŞ dolları 35% ucuzlaşacaq - Məşhur iqtisadçı

18-06-2020, 11:41 264 dəfə baxılıb

Məşhur amerikalı iqtisadçı, Cekson Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi və “Morgan Stanley” investisiya bankının Asiya divizionunun keçmiş direktoru Stiven Rouç bu açıqlamanı verib.

Iqtisadçı dolların 2021-ci ildə 35% dəyər itirəcəyini düşünür.

“Dolların dünyanın əsas valyutası olduğu dövr sona çatır. Yaxın vaxtlarda dollar 35% dəyər itirəcək”.

Onun fikrincə, azalma Avropa Birliyi və Çin iqtisadiyyatının ABŞ-dan daha çox möhkəmlənməsi ilə bağlıdır. Bundan başqa, amerikalıların banklarda saxlanılan əmanətlərinin azalması və dövlət borcunun artması dolların kursuna təsir edən amillərdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR