Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq

30-06-2020, 08:19 259 dəfə baxılıb

Karbohidrogenlərə tələbatın görünməmiş həddə azalmasına səbəb olan koronavirus pandemiyası ortamüddətli perspektiv üçün də neft qiymətlərinə təsiri davam etdiyinə görə, neft qiymətləri yalnız 2021-ci ildə 60 ABŞ dolları səviyyəsinə qayıda bilər.

Bu barədə “Shell” şirkətinin Rusiya bölməsinin rəhbəri Sederik Kremers bildirib.

“Fikrimcə, bazardakı dəyişkənlik hələ bir müddət davam edəcək. Odur ki, orta gələcəkdə neft qiymətlərinin, tələbat artımı sürətinin böhrandan əvvəlki səviyyəyə qayıdacağını gözləmirik. Lakin daha uzun müddətli gələcəyə nəzər salsanız, tələbat mütləq bərpa olunacaq”, – ekspert qeyd edib.

Xatırladaq ki, neft bazarında 2020-ci ildəki böhran indiyədək ən güclüsü olub. Müxtəlif hesablamalara görə, cari ildə neftə tələbatın azalması 8-9 milyon barel səviyyəsində olacaq. Neftin qiymətləri mart – aprel aylarında, yəni OPEC+ formatındakı nəticəsiz qalan danışıqlardan sonra, habelə dünya üzrə karantin tədbirləri nəticəsində nəqliyyat daşımaları kəskin olaraq azaldığı dövrdə ən kəskin azalma ilə yadda qaldı. Bu dövrdə neft ehtiyatlarının həcmi isə görünməmiş həddə artmış və mövcud anbarların tamamına yaxını dolmuşdu. Fəlakətə yol verməmək üçün OPEC+ iştirakçısı ölkələr may ayından hasilatı xeyli azaltmalı oldular. Lakin bazarın bərpası, yığılmış neft ehtiyatlarının sərf olunması üçün “Fitch” agentliyinin qənaətincə, hələ bir neçə il vaxt lazım gələcək. (report)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR