“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT

3-08-2020, 14:09 153 dəfə baxılıb

“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT

Azərbaycanda “Sevimli dad” firmasının istehsalı olan sosiskanın içindən qurd çıxıb. Reportyor.info xəbər verir ki, “Bazarstore” marketdən bu məhsulu alan istehlakçı evə gələndə gözlərinə inanmayıb.

Bu haqda facebook-dakı “Müştəriyəm, şikayətim var” adlı səhifəsində yazan və foto yerləşdirən vətəndaş narazılığını bildirib. Həqiqətən də sosiskanın içindən qurd çıxması dəhşətli bir mənzərədir.

“Sevimli dad” pandemiya dövründə gigiyenik qaydalara riayət etməlidir. Vətəndaşlar ailəsinə, övladına sosiska alır, sonra içindən qurd çıxır. Bu, biabırçılıqdır.

Qeyd edək ki, sözügedən firmanın məhsullarından əvvəllər də şikayətlər olub. Fotoları təqdim edirik:
“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT
“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR