Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi

Bu gün, 07:01 7 dəfə baxılıb

Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi


Türkiyədə Dələduzluqla Mübarizə Mərkəzi yaradılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, yeni mərkəzin yaradılması cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcı olacaq.

"Nazirliyimizin nəzdində yaratmağı planlaşdırdığımız Dələduzluqla Mübarizə Mərkəzi ilə cinayətkarlıqla mübarizədə yeni bir dövrün qapısını açırıq", - deyə o qeyd edib.

Mərkəzin fəaliyyəti çərçivəsində prokurorluq, polis, jandarm, Maliyyə Cinayətlərinin Araşdırılması Komitəsi və bank sektoru arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Əsas məqsəd cinayət yolu ilə əldə edilmiş vəsaitlərin izlənilməsini sürətləndirmək və dələduzluq qurbanlarının maddi itkilərinin artmasının qarşısını almaqdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR