Brand Finance Rusiyanın ən bahalı 50 brendinin adını təqdim edib: Bəs, Lukoil?

30-08-2020, 13:20 298 dəfə baxılıb

Koronavirus pandemiyasına baxmayaraq bir çox bazar oyunçuları özlərinin mövqeyini 2019-2020-ci illərdə də qorumağı bacardı.

Brand Finance-nin araşdırmasına, əsasən onların arasında bank, aviaşirkətlər, riteyler, telekom-operatorlar var.

Rusiyanın iri brendləri koronavirusa görə, 743,5 milyard rubl itirə bilər. Bu haqda dünyanın 29 ölkəsində 1,5 min brend arasında sorğu aparan Brand Finance konsatinq şirkətinin araşdırmasında bildirilib.

Bildirilir ki, pandemiyanın bazara vurduğu ziyan 2003-cü idə SARS virusunun dünya iqtisadiyyatına vurduğu zərəri üstələyir.

Qeyri-sabit vəziyyətə baxmayaraq, bir çox brendlər əhəmiyyətli dərəcədə böyüyə bilib. Brand Finance ötən il Rusiya bazarında lider oyunçuların reytinqini təqdim edib.

- Rusiyanın bahalı brendləri arasında Sberbank artıq dördüncü ildir ki, ardıcıl olaraq liderdir. Kredit təşkilatının marka dəyəri isə 840,2 milyard rubl qiymətləndirilib. Ötən ilin TOP-3 lideri isə dəyişməz olaraq qalıb. İkinci yerdə Qazprom (481,3 milyard rubl), üçüncü isə "Lukoil" (370,9 milyard rubl) olub. TOP-10-luğa, həmçinin VTB bank, Maqnit riteylerlər şəbəkəsi və MTS telekom-operatoru daxil olmağı bacarıb.

- Ən tez böyüyən brend isə PİK Şirkətlər Qrupu olub. Onun marka dəyəri isə 50,6% artım nümayiş etdirib. Onu neft şirkəti Slavneft (+31,8%), IT-istehsalçı Yandeks (+31%), M.Video riteyleri (+23,5%) və bank VTB izləyib. (22,8%). Ən diqqət çəkici azalma dinamikasını isə Vertolet Rosiyaya (-53,1%), Birləşmiş Avisasiya Korporasiyası (-44,9%) və hipermarketlər şəbəkəsi Lenta (-29,3%) nümayiş etdirib. Antireytinqə, həmçinin MeqaFon da daxil olub (-14,7%).

- Aeroflot ən güclü Rusiya brendləri arasında Sberbankı geridə qoyub. Aeroflot birinci yeri əldə edib, Sberbank isə ikinci yerdə qərarlaşmalı olub. Üçüncü yeri isə MTS tutub. Siyahıya MeqaFon, Bilayn, Rostelekom, Qazprom, Lukoil, S7 Airlines də daxil olub.

- Rusiyanın TOP-50 ən bahalı brendlərinin 34,1%-i neft-qaz sektoruna aiddir. Bura daxil olan şirkətlərin ümumi marka dəyəri isə 1,6 trilyon rubldur. kinci cəlbedici sektor bankdır (24,3%, 1,1 trilyon rubl), üçüncü isə riteylerdir (428 milyard rubl). Ümumilikdə TOP-50 brendin dəyəri 4,6 trilyon rubldur.

- Pandemiyanın minimal, təxminən 10% təsir göstərəcəyi sektorlar arasında isə telekom, əmlak, qida məhsulları bazarı, əczaçılıq, healthcare olacaq.

-10-20%-lik itki isə loqistika, aviakompaniya, media, avto istehsalçı sektorunda müşahidə edilə bilər.

- 20% və daha çox itki isə geyim mağazalarına, hava limanlarına, neft-qaz şirkətlərinə aid ola bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR