İcra Hakimiyyəti milyonluq tenderi “1 illik” şirkətə verib - İcazə verin, şübhələnək...

9-07-2021, 17:59 155 dəfə baxılıb

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər ərazisinin işiqlandırma sistemlərində təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Ölkə.az”ın məlumatına görə, tenderin qalibi "Aran Tikinti-Quraşdırma” MMC olub. Qalib şirkətlə 1 mln 154 min 536,9 manat olub.

Qeyd edək ki, "Aran Tikinti-Quraşdırma” MMC 29.07.2020 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Cəfərov Maşallah Möhsüm oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 51 m. 1-dir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR