MDB-də lider, dünyanın isə ən yaxşılarından olan AZAL-ın uğur statistikası

8-02-2019, 22:19 1126 dəfə baxılıb

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ildə olmuşdur. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.
Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur.
Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda AZAL-ın təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir.

MDB-də lider, dünyanın isə ən yaxşılarından olan AZAL-ın uğur statistikası


Aviaşirkətin və "Azərbaycan Hava Yolları" QSC-nin tarixi


1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra Respublika hökumətinin qərarı ilə Azərbaycanda aviasiya üzrə dövlət orqanı - "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır.
1996-ci ildə "Azərbaycan Hava Yolları" konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır.
1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılmışdır.
2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757-200 model təyyarələr almışdır.
2004-cü ildə Prezident İlham Əliyevin qərarı ilə "Binə" Hava Limanı "Heydər Əliyev Beynəlxalq Hava Limanı" adlandırılmışdır.
2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu almışdır.
2005-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.
2006-ci ildə Gəncə Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur.
2008-ci ilin aprelində Azərbaycan Prezidentinin sərəncamı ilə "AZAL" dövlət konserni yenidən formalaşdırılaraq "Azərbaycan Hava Yolları" QSC adlandırılmışdır.
2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status almışdır.
2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı vermişdir.
2011-ci ildə "Azərbaycan Hava Yolları" "Boeing 767-300ER" tipli təyyarələri almışdır.
2012-ci ildə Qəbələdə beynəlxalq hava limanı tikilmişdir.
2013-ci ildə "Azərbaycan Hava Yolları" Airbus A340-500 uzaq magistrallı sərnişin təyyarələri almışdır.
2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılmışdır.
2014-cü ildə Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları" hava gəmiləri parkına müasir Boeing 787-8 Dreamliner təyyarələrini əlavə etmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları" Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 reaktiv təyyarələri almışdır.
2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır.
2015-ci ildə Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısına və Heydər Əliyev Beynəlxalq Hava Limanına nüfuzlu "4 ulduz" reytinqi vermişdir.
2016-ci ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə “Open Skies” sazişi imzalamışdır.
2016-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur. Hava limanında ilk dəfə teleskopik traplar qurulmuşdur.
2016-ci ildə AZAL QSC-nin tərkibində Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - Buta Airways yaradılmışdır.
2017-ci ildə “Skytrax” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanını Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı adlandırmışdır.


Cahangir Əsgərov faktoru- uğur siyasəti




Əlbətdə göstərilən uğurlu işlərin arxasında dövlətə və dövlətçiliyəı daim sadiq olan, şirkətin bütün uğurlarının memarı olan Cahangir Əsgərovu xatırlamamaq mümkün deyil.
Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olmuşdur.
1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.
1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.
1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.
Məhz onun rəhbərliyi dövründə son 10 illər ərzində 7 aeroport tikilmişdir. Onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilmişdir. Bu aeroportlarda həm xarici ölkələrə uçuşlar təşkil edilir və uçuşların sayı artır, eyni zamanda, daxili uçuşların da sayı artmaqdadır.
MDB-də lider, dünyanın isə ən yaxşılarından olan AZAL-ın uğur statistikası




Regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcəkdir, uçuşlar təşkil edilməyəcəkdir. Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir, nə qədər Azərbaycan vətəndaşı indi yaşadığı zonadan başqa ölkələrə rahat gedə bilir. Bu gün Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir.
Eyni zamanda, dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir.AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmamışdır. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir. Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava parkı "Boeing", "Airbus", "Embraer" təyyarələrindən ibarətdir
Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Bu aeroporta hətta dünyanın ən nəhəng təyyarəsi olan "Airbus A 380" də enə və burada ona xidmət göstərilə bilər. Yəni, Heydər Əliyev Beynəlxalq Aeroportu həm gözəlliyi, dizaynı, rahatlığı və həm də burada göstərilən xidmətlər baxımından bu gün dünyada seçilən aeroportlardandır. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcəkdir.
Son olaraq bildirəkl ki, ötən yay "Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə dünyanın 100 ən yaxşı aviaşirkətinin siyahısına düşüb və 58-ci yeri tutub.
Xatırladaq ki, ənənəvi reytinq cədvəlini Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərtib edib. Siyahıda MDB ölkələrindən Azərbaycanla yanaşı, Rusiyanın və Qazaxıstanın milli aviadaşıyıcıları da yer alıb. "Aeroflot" 23-cü yerdə, "Air Astana" isə 48-ci yerdə qərarlaşıb.




Gələcək planlar


Əlbəttə, bu müsbət dinamika gələcəkdə daha da güclənəcəkdir. Çünki görüləsi işlər çoxdur. Baxmayaraq ki, son illər ərzində hava nəqliyyatı infrastrukturunun yaradılması ilə bağlı, demək olar, bütün əsas işlər görülmüşdür. Aeroportlar tikilib, müasir texnika, yeni təyyarələr alınıb gətirilmişdir, yeni uçuşlar təşkil edilir. Ancaq Azərbaycan inkişaf edir və ölkəmizə gələn qonaqların sayı artır. Belə olan halda əlbəttə ki, hava nəqliyyatının inkişafı bundan sonra da prioritet məsələ olaraq qalacaqdır.
Eyni zamanda, Azərbaycanda yük daşımalarının həcmi də artır. Azərbaycanda karqo aviasiya dünya miqyasında ən birinci yerlərdədir.
AZALcoğrafi vəziyyətimizdən çox səmərəli şəkildə istifadə edirək Bakını nəqliyyat və logistika mərkəzinə çevirib. Bu məqsədlə karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo terminal neçə ildir ki, fəaliyyət göstərir.
Bu, ölkəmizin önəmini artırır, eyni zamanda, iqtisadi potensialımızı gücləndirir.
Cahangir Əsgərov demişkən, Ulu öndərin dediyi "Mən inanıram ki, AZAL bundan sonra da yeni nailiyyətləri ilə bizi sevindirəcək" sözləri bu gün gerçəkləşir.




loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR