Problemli kreditlər problemini necə həll etmək olar? - Ekspert danışır

27-02-2019, 07:50 636 dəfə baxılıb

Problemli kreditlər problemini necə həll etmək olar? - Ekspert danışır


Ölkə vətəndaşlarının 2.5 milyon nəfərinin banklara kredit borcu var. Bu isə faktiki olaraq o deməkdir ki, Azərbaycanda hər ailənin kredit öhdəliyi var. Lakin problemli kreditlərin həcmi ümumi kredit protfelində mühim bir rəqəmlə ifadə olunur. 1 milyard 600 milyon manat. Dünyanın bir çox ölkələrində problemli kreditlərin həcmi 3-4 faizdən yuxarı olanda hökumət banklarla birlikdə vətəndaşı düşdüyü durumdan çıxarmaq üçün şaxələndirilmiş proqramlar icra edir. Azərbaycanda bu göstərici 15 faizə çatıb.

Bəs necə etməli? Hansı formada problemi yumşaltmaq, hansı formalarda vətəndaşı, bankı və dövlətin daha çox maliyyə yükü altına girməməsini təmin etmək olar?

Gundeminfo.az xəbər verir ki, son günlər ən çox müzakirə olunan problemli kreditlərlə bağlı iqtisadçı ekspert Razi Abasbəyli öz statusunda bu barədə yazıb:

- İlk öncə "Problemli kredit" anlayışının statusunu və dərəcələrini müəyyən etmək lazımdır. Problemli kreditlərin xarakteriztikasına uyğun olaraq hansı həddə problemlidir statusunu müəyyən etmək lazımdır.

Vətəndaş banka olan kredit borcu üzrə 36 aylıq ödəniş qrafikini 30 ay yerinə yetirib. 6 ay isə ödəmə qabiliyyəti olmayıb deyə, bank daha çox faizlərlə vətəndaşı çətin duruma salıb. Və ya vətəndaş banka olan 36 aylıq qrafik üzrə kredit borcundan cəmi 6 ay ödəyib, 30 ay isə ödəyə bilməyib və ya ödəməyib. Sonuc eynidir - hər iki kredit statusu "problemlidir". Bəs bu kreditlərlə bağlı çıxış yolları necə müəyyən olunmalıdır? Əlbəttə ki, ilk növbədə daha çox öhdəliyini yerinə yetirmi. kreditorla bağlı daha yumşaq güzəşt mexanizmi tətbiq edilə bilər. Az ödəmə etmiş kreditora isə qrafiki dəyişmək, aylıq ödəmə məbləğini azaltmaq təklif edilə bilər.

"Problemli kredit" lərlə bağlı daha bir mühim məqam məhkəmə çəkişmələridir. Krediti geri ödəməyən vətəndaşlarla bağlı əmlaka yönəltmə və ya əmək haqqından tutulma həyata keçirilə bilmirsə, o zaman nə etməli...

Bu məqamda da problemli kreditin statusunu, hansı həddə problemli olduğunu təsnifatlandırmaq lazım gəlir. Lakin məhkəmə artıq qərar verib və prosses icra mərhələsindədirsə, təbii ki, hüquqi müstəvidə də müəyyən çıxış yolu xarakterli tövsiyyələr və ya mexanizmlər təklif edilməlidir.

Son günlər daha çox müzakirə edilən dollar kreditləri ilə bağlı problemdir. Dolların 0.78 AZN məzənnəsi ilə kredit götürüb, daha sonra iki dəfə ard-arda devalvasiyadan sonra 1.7 AZN həcminə qədər yüksəlməsi və nəticə etibarilə də kredit ödəyənlərin çətinlik çəkməsi müzakirə edilir. Əsas müzakirələr də bunun üzərində qurulur. Tıkliflər arasında arada yaranmış fərqin 3-də 1 həcminin bank, qalanını isə kreditor və dövlətin üstlənməsi təklifi var. Hökumət bu variant üzərində düşünür. Lakin nəzərə almaq lazımdır ki, dollar kreditləri ilə bağlı problemli məbləğ 700 milyon manatdan çox deyil. O zaman 900 milyon manatla olan problemli kreditlərlə bağlı da çıxış yolları düşünülməlidir. İlk növbədə həcm etibarilə 1500 azn-ə qədər olan və banka geri qaytarılması mümkün olmayan, məhkəmə qərarlarının icra edilməsində problem olan kreditlərin ləğv edilməsi mexanizmi üzərində düşünmək olar. Bunun üçün ilkin mərhələdə dövlət o qədər də böyük olmayan maliyyə yükünü üstlənə bilər. Bu bankların da yeni mərhələdə kredit yaralarına bir qədər məlhəm olar. Növbəti mərhələrdə isə artıq məbləğ üzrə deyil, bankların da üzərinə, vətəndaşın də üzərinə müəyyən öhdəlik qoyularaq problemi mərhələli şəkildə həll etmək mümkündür. Ən azı yazının əvvəlində qeyd etdiyimiz kredit protfelində 15 fazilik problemli kreditlərin həcmini 6-7 faziə qədər azaltmaq mümkündür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR