"Azərbaycanın Silahlı Qüvvələri hazır vəziyyətə gətirilməlidir" - Fəzail Ağamalıdan Keşikçidağ gərginliyinə SƏRT REAKSİYA

8-05-2019, 11:49 133 dəfə baxılıb

"Azərbaycanın Silahlı Qüvvələri hazır vəziyyətə gətirilməlidir" - Fəzail Ağamalıdan Keşikçidağ gərginliyinə SƏRT REAKSİYA

“Artıq Azərbaycanın mövqeyi sərt olmalıdır. Çünki mətbuatdan oxuduğuma görə, onlar Azərbaycan xalqını təhqir etməyə qədər irəli gedirlər, eyni zamanda 500 min insanımızı Qırmızı Körpüdə qarşılamağımızı tövsiyə edirlər”.

AVP sədri, deputat Fəzail Ağamalı bu fikirləri Gürcüstanın Keşikçidağ kompleksi ilə bağlı iddiaları barədə “Yeni Müsavat”a danışarkən söylədi. Deputat gürcü şovinistlərinin sərhəd zolağındakı təxribatçı hərəkətlərinə, həmçinin bir sıra rəsmi, qeyri-rəsmi şəxslərin sərsəm açıqlamalarına tuarlı cavab verməyimizi zəruri saydı: “Onlar unutmalı deyillər ki, indi Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. O zaman Qamsaxurdiyanın yeritmiş olduğu militiarist siyasət nəticəsində xeyli insanlarımız doğma yurdlarından didərgin düşdü. Bu dəfə belə olarsa, Azərbaycan özünün sərt mövqeyini ortaya qoya bilər. Mən düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi bəyanat verməli, Gürcüstan qarşısında özünün mövqeyini ifadə etməlidir. Rəsmi Bakı Tiflisdən bu cür hərəkətlərə son qoymağı tələb etməlidir.

F.Ağamalı qeyd etdi ki, sərhəddə baş verənlər son aylar ərzində artıq ikinci hadisədir: “Xocalı soyqırımının törədilməsində əli olan, qaniçən bir terrorçunun heykəlinin Gürcüstan ərazisində qoyulması gürcülərin özlərinin hansı mənəvi dəyərlərə söykəndiyini sübut edir. Sübut edir ki, gürcülər heç də demokratik, bəşəri, insani dəyərlərə hörmət edən nə millətdir, nə də dövlət. Əgər belə olsaydı, Xocalı soyqırımında iştirak edən caninin orada heykəlinin qoyulmasına imkan verilməzdi”. Deputat dedi ki, əgər indi gürcülər Azərbaycan torpaqlarına iddialıdırsa, onda bu iddialar cavabsız qoyulmamalıdır: “O halda Azərbaycanın Silahlı Qüvvələri hazır vəziyyətə gətirilməlidir. Əgər onlar bizim soydaşlarımızı Gürcüstandan deportasiya etmək fikrində olsalar, o halda bizim Silahlı Qüvvələrimiz soydaşlarımızın hüquqlarını müdafiə etmək üçün hərəkətə keçməlidir”.

Millət vəkili Gürcüstan parlamentinin deputatının da sərhəddə gələrək sərhədçilərimizin qarşısında təxribatçı fikirlər söylədiyini xatırlatdı: “Onlar bizim xalqımızı aşağılayır, təhqir edirlər. Ancaq onlar unudurlar ki, Gürcüstanın bu gün Gürcüstan olması Azərbaycan dövlətinin və onun imkanlarının, rəhmətlik ulu öndərimiz Heydər Əliyevin ortaya qoyduğu iradənin və indi də həmin iradənin davam etdirilməsinin hesabına olub. Gürcüstan bu gün Azərbaycanın hesabına ayaq üstədir. Əgər doğrudan da onlar bu cür siyasəti davam etdirsələr, bu, artıq bizə qarşı ikinci bir cəbhənin açılması deməkdir. Biz 90-cı illərin əvvəllərindəki səhvlərimizi təkrar etməli deyilik. Bəli, onda imkanlarımız zəif idi. Ancaq eyni zamanda həmin dövrdə hakimiyyətdə olanların ciddi səhvlərinə görə biz işğala məruz qaldıq və torpaqlarımızın 20 faizini itirdik. İndi Azərbaycan o Azərbaycan deyil. İndi Azərbaycanın dövlət başçısı da 90-cı illərin əvvəllərindəki dövlət başçısı deyil. Prezidentimiz iradəlidir, qətiyyətlidir, öz iradəsini Azərbaycanın milli və dövlət maraqlarına uyğun olaraq ortaya qoyan, Azərbaycan xalqı ilə bərabər, xalqımızın təhlükəsizliyini bütövlükdə təmin edən dövlət başçısıdır. Xalqımız artıq 90-cı illərin əvvəllərindəki xaotik vəziyyətə düşən xalq deyil. Xalqımız da, cəmiyyətimiz də, dövlətimiz də güclüdür. Gürcüstan rəsmiləri, deputatları, onların düşüncəsiz, faşist xarakterli insanları bunu anlamalıdır. Bir həftə kifayətdir ki, Azərbaycan özünün bütün imkanları ilə Gürcüstana ciddi şəkildə dərs versin. Bundan nəticə çıxartmalıdırlar”.

Deputat təklif etdi ki, Azərbaycan XİN artıq sərt bəyanat, sərt addımlarla Gürcüstanın qarşısını almaq uçun hərəkətə keçsin: “Hətta bu gün Gürcüstana güzəştlərlə satılan qazı kəsmək lazımdır ki, bu ölkədəki militarist insanların ağlı başına gəlsin!”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR