Zurabişvilini Bakıda erməni abidəsi “izləyirdi” – Şərh

28-02-2019, 11:34 369 dəfə baxılıb

Zurabişvilini Bakıda erməni abidəsi “izləyirdi” – Şərh


Zurabişvili Bakıda yanlış addımları davam etdirməyəcəkləri ilə bağlı ciddi mesajlar verməli idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bir səfərlə bütün məsələləri həll etməyin mümkün olmadığı aydındır:

“Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin dövrü olsaydı, mən heç şübhə etmədən iki ölkə arasında strateji müttəfiqlik olduğunu deyərdim. Amma çox təəssüf ki, Gürcüstanının indiki hökumətinin və prezidentinin siyasətinə diqqət yetirdikdə artıq Gürcüstanı strateji müttəfiq adalandırmaq olmur. Strateji müttəfiq bir-birinə dəstək verən, bir-birinin maraqlarını nəzərə alan ölkələrə deyilir. Amma təəssüf ki, Tiflis son addımları ilə Azərbaycanın maraqlarına uyğun olmayan siyasət yürüdür. Ona görə də mən Gürcüstanı Azərbaycanın strateji müttəfiqi deyil, tərəfdaşı sayıram”.

Politoloq vurğulayıb ki, Zurabişvili bu səfəri etməkdə bir az gecikib:

“Regionda əsas tərəfdaş ölkə kimi Zurabişvili prezident seçiləndən sonra ilk səfərini Azərbaycana etməli idi. Çünki Azərbaycanın dəstəyi olmasa, Gürcüstan ayaq üstə dura bilməz. Bunu Mixayıl Saakaşvili də dönə-dönə vurğulayıb. Bu gün Zurabişvilinin Bakı səfərini Gürcüstanda qoyulan erməni abidəsi, Rusiyadan qazın alınması, Abxaziyadan keçən dəmiryolunun açılması və s. məsələlər “izləyirdi”.

Azərbaycan Gürcüstanı tamamilə qazlaşdırıb. SOCAR Georgia şirkəti də ən ucuz qazı Gürcüstana satdıqları ilə bağlı açıqlama verib. Belə olan halda Rusiyadan qaz almağın özü məntiqsiz hərəkətdir. Çünki Gürcüstanın bütün rəsmi və beynəlxalq sənədlərində Rusiya işğalçı dövlət adlandırılır. Bu, Qarabağın işğalı davam edə-edə bizim Ermənistan ilə iqtisadi əlaqələr qurmağımıza bənzəyir. Azərbaycan buna heç vaxt getməz. Amma görünür, Gürcüstan işğalla barışmaq niyyətindədir”.

Politoloqun sözlərinə görə, Gürcüstanın son addımlarından rəsmi Tiflisin Azərbaycan və Ermənistan arasında balanslı siyasət yürütməyə çalışdığı görünür:

“Onlar anlamalıdır ki, Azərbaycan etibarlı tərəfdaş, sadiq qonşudur. Onların ermənilərlə əməkdaşlığının heç bir əsası yoxdur. Gürcüstan üçün Azərbaycanın alternativi yoxdur. Gürcüstan büdcəsinə daxil olan vəsaitlərin əsas hissəsi Azərbaycanın yatırdığı investisiyalardan gəlir”.

Qeyd edək ki, Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR