“Yardımla bağlı müxtəlif təkliflər var”

2-04-2020, 13:56 300 dəfə baxılıb

“Yardımla bağlı müxtəlif təkliflər var”


“Bütün qayda və tələblərə riayət olunduğu halda koronavirusla bağlı 2 həftədən sonra müsbət istiqamətə dönüş başlaya bilər”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu, vətəndaşlar karantin rejiminə əməl etdikdə mümkün olar: “Son 3 günün nəticələri göstərir ki, biz xüsusi karantin rejiminə tam riayət etmirik. Ona görə nə qədər ki, karantin rejiminə insanlar əməl etməyəcək, hadisələrin gedişi ilə bağlı riyazi hesablamalar apara bilmərik”.

***

"35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs 2 dəfə, sağalanlar ən azı 3-4 dəfə yoxlanılır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Ölkədə virusun nə vaxt pik həddə çatıb, nə vaxt azalması məsələsinə gəldikdə Y. Qarayeva deyib ki, ilk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var: "Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bu, yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxta pik həddə çata və ya azala bilməsi üzərində işlər aparırlar".

***

“Koronaviruslan zərər çəkənlərə yardımla bağlı müxtəlif təkliflər var”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov qeyd edib ki, hələlik bununla bağlı son qərar qəbul olunmayıb: “Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar insanların koronavirusdan gördükləri zərəri qarşılamaq üçün yetərli olacaq. İnsanların, sahibkarların, aztəminatlı əhalinin əzabları yüngülləşdirilməlidir. Bu 3 məqam nəzərə alınaraq təkliflər hazırlanır və yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Yardımla bağlı indidən rəqəmlər səsləndirmək düzgün deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR